19 Oktyabr 2016 21:25
937
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqın Babil vilayətində qəfil yola çıxan eşşək avtoqəzaya səbəb olub.

Teleqraf.com xəbər verir ki, məlumatı "Al Mada Press" agentliyi yayıb.

Polisin məlumatına görə, sürücü asfalt yola çıxan eşşəyi vurmamaq üçün avtomobili kənara çəkmək istəyib və bu zaman maşın açaraq kənardakı maneələrə çırpılıb. Nəticədə sürücü və iki sərnişin dünyasını dəyişib. Daha bir sərnişin isə yaralanıb. Eşşəyin durumu barədə heç bir məlumat verilmir.

Qeyd edək ki, İraqın kənd rayonlarında eşşəkdən aqrar təsərrüfat və minik vasitəsi kimi geniş istifadə edilir.

Ayxan


Müəllif:

Oxşar xəbərlər