“Facebook” sosial şəbəkəsinin yeni funksiyası videonu televizora translyasiya etməyə imkan verəcək. Yeni xidmətdən istifadə üçün “Chromecast” və ya “Apple TV” televizor qurğuları tələb olunur.
Bu yaxınlaradək sosial şəbəkədən videonu televizor ekranına ötürmək yalnız “Apple” smartfonu və ya "Apple TV” və “Chromecast” qurğularının brauzerləri vasitəsilə mümkün idi. Yaxın gələcəkdə bu imkanı “Android” mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğular da qazanacaq. Bu, eyni anda “Facebook”da xoşagələn videoya və xəbərlər lentinə baxmağa şərait yaradacaq.
Yeni xidmətin anonsu 2 ay əvvəl edilib. Oktyabrda sosial şəbəkə mütəxəssisləri xidməti nümayiş etdirərək onun yaxın vaxtlarda yeni funksiyalarla təchiz ediləcəyini bildiriblər.
“ICTnews”