25 Oktyabr 2016 21:15
604
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə vətəndaşı Ceyhan Dəniz özünə qeyri-adi məşğuliyyət seçib.

O, küçədən tapdığı heyvanları evində saxlayır. Hətta heyvanlar öləndən sonra onları basdırır və mütəmadi olaraq məzarlarına baş çəkir.

Teleqraf.com xəbər verir ki, bu haqda Anadolu Agentliyi xəbər yayıb.

Ceyhan Dəniz hazırda 6 it və bir pişik saxlayır.

“Heyvanların hamısı mənim üçün əzizdir, xüsusilə, Kirpi və Qərib adlı itlərimi çox istəyirdim. Onları tapanda xəstə idilər. Biri 4, digəri 6 il yaşadı. Onları əsla unutmuram. Daim məzarlarına gedirəm, orada güllər əkmişəm. Digər sahibsiz heyvanların da məzarlarını təmizləyib ətrafına güllər əkirəm".

Cavad


Müəllif:

Oxşar xəbərlər