26 Oktyabr 2016 01:12
728
12 Punto 14 Punto 16 Punto 18 Punto

35 yaşlı Britaniya vətəndaşı maraq üçün uşaq vaxtı oynadığı oyuncaqların saxlandığı sandığı açıb.

Teleqraf.com "Daili Mail"ə istinadla xəbər verir ki, kişinin gözü qəfil oyuncaqlarının arasındakı sikkəyə sataşıb. Yadına düşür ki, həmin sikkəni ona uşaq vaxtı babası bağışlayıb. O, sikkəni mütəxəssislərə göstərir. Məlum olur ki, sikkənin 300 yaşı var. Və üzərinə qadın hökmdar Anne Vigo-nun əksi həkk olunub. Sikkənin bazar qiyməti isə 250 min funt-sterlinqdir (300 min dollardan çox).

Dövlət sikkənin real qiymətini verərək onu sahibindən alıb.


Müəllif: