Məşhur “Alexa analitik şirkəti dünyanın ən çox daxil olunan 500 saytının reytinqini açıqlayıb. Planetin ən populyar resurslarının siyahısı tərtib edilərkən “Amazon” şirkətinin mütəxəssisləri 30 milyona yaxın saytı qiymətləndiriblər. İştirakçıların yerlərini düzgün bölüşdürmək üçün analitiklər son 3 ayda giriş sayı, eləcə də bu və ya digər resursa sutkalıq daxilolma kimi göstəriciləri təhlil ediblər.
“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, reytinqdə 1-ci yeri tutan “Google.com” saytının Hindistan versiyası 7-ci, Yaponiya versiyası 11-ci, Almaniya və Böyük Britaniya versiyası müvafiq olaraq 22 və 25-ci pillədə qərarlaşıb. İkinci mövqedə “YouTube.com”, üçüncüdə “Facebook” saytı yer alıb. Nəhəng “Wikipedia” elektron ensiklopediyası populyarlığa görə 5-ci yerlə kifayətlənməli olub. Həmçinin “VKontakte” sosial şəbəkəsi “Instagram.com” saytını üstələyərək reytinqdə 14-cü yerə layiq görülüb.
İlk iyirmilikdə “Google.com”, “YouTube.com”, “Facebook.com”, “Baidu.com”, “Wikipedia.org”, “Yahoo.com”, “Google.co.in”, “Twitter.com”, “Amazon.com”, “Qq.com”, “Google.co.jp”, “Live.com”, “Taobao.com”, “Vk.com”, “Instagram.com”, “Linkedin.com”, “Hao123.com”, “Sohu.com”, “Sina.com.cn”, “360.cn” kimi dünyanın populyar saytları yer alıb.