Türkiyənin Konya şəhərinin Səlcuqlu rayonunda əxlaq polisi "Təhsil, mədəniyyət və sosial yardım dərnəyi" adı altında fəaliyyət göstərən fahişəxanaya basqı edib.
Teleqraf.com-un Türkiyə KİV-ə istinadən xəbərinə görə, xeyli sayda polis tərəfindən edilən basqın zamanı Ukrayna, Gürcüstan və Qırğızistan vətəndaşları olan 6 qadın saxlanılıb. Axtarış zamanı binanın tavanında gizlədilmiş 3 pnevmatik tüfəng, 1 sənədsiz tapança və xeyli güllə tapılıb. Orada çalışan və müxtəlif cinayətlərdə şübhəli bilinin daha 2 nəfər həbs edilib.
İş icazələri olmayan Ukrayna vətəndaşı Suzanna Yikanlieva, Oksana Kibalka, Gürcüstan vətəndaşı Marina Kiknavelidze, onun bacısı Katuna Kiknavelidze və qırğızıstanlı Aisulu Gurgubaeva və Olena Zinkevych tibbi yoxlamadan sonra Miqrasiya İdarəsində təslim edilib. Qadınlar əməliyyatlar başa çatdıqdan sonra deportasiya ediləcək.
Nihad