ABŞ prezidenti Donald Trampın nəvəsinin Çin dilində söylədiyi şeir sosial şəbəkələrdə maraq doğurub.
Teleqraf.com xəbər verir ki, Çin poeziyasının Yeni ilə həsr olunan nümunəsini oxuyan 5 yaşlı Arabella Kuşnerin video-çarxı izlənmə rekordu qırıb. Çin üslubunda don geyinən qızcığaz çin şeirini əzbər söyləyib. Bu ilin fevralında çəkilən video-rolik Arabellanın babası Donald Trampın prezident seçilməsindən sonra yenidən gündəmə gəlib.
Çinli sosial şəbəkə istifadəçilərinin fikrincə, Arabella Çin dilində şeiri çox aydın ifa edib.
Qeyd edək ki, bir neçə il əvvəl Arabellanın qızı İvanka Tramp mətbuata demişdi ki, qızı öz çinli dayəsindən Çin dilini öyrənir.
İvanka öz İnstaqram səhifəsində həmin video-çarxı yenidən paylaşıb.
Kəmalə