Şəkidə 2 əsrə yaxın yaşı olan qapan ailə yadigarı kimi qorunub saxlanılır. Bu qədim çəki alətindən hələ də təsərrüfatda istifadə edilir.
Teleqraf.com xezerxeber.com-a istinadən bildirir ki, bu qapanın 2 əsrə yaxın yaşı var.
Bu qədim çəki aləti Şəkinin Oxud kəndində, Hümmətovlar ailəsində qorunub saxlanılır. Nəsildən nəslə ötürülən tarixi qapandan hələ də təsərrüfatda istifadə edilir.
Bu qədim qapanda məhsulların çəkilmə üsulu da çox maraqlıdır.
Qapanı satın almaq istəyənlər də olub. Lakin ailə onu yadigar kimi qoruyub saxlayır.