24 Noyabr 2016 14:50
722
12 Punto 14 Punto 16 Punto 18 Punto

Barak Obama ABŞ prezidenti kimi sonuncu dəfə Ağ Evdə Şükranlıq bayramı münasibətilə təşkil edilən ənənəvi mərasimdə hind quşunu əfv edib.

Teleqraf.com xəbər verir ki, adətən bu mərasimə qızları Malia və Saşa ilə qatılan Obama bu dəfə qardaşı oğlu Austin və Aaron Robinsonu da özü ilə aparıb.

Obama prezidentliyi dövründə ona dəstək olan amerikalılara təşəkkür edib: “8 il ərzində mənə etimad göstərən, ailəmlə nəzakətlə davranan Amerika xalqına təşəkkür etməyi özümə borc bilirəm”.

Çıxışından sonra Obama 18 kq ağırlığında “Tater” və “Tot” adlı iki hind quşunu əfv edib.
Bağışlanan quşlar Virciniya əyalətindəki kəndlərdən birinə göndərilib.

Qeyd edək ki, ABŞ-da hər il noyabr ayının sonuncu cümə axşamı Şükranlıq Günü bayramı kimi qeyd olunur. Ağ Evdə hind quşunun bağışlanması ənənəsi Kennedinin prezidentliyi dövründən - 1963-cü ildən bəri davam edir.

Kəmalə


Müəllif:

Oxşar xəbərlər