Türkiyəli pilot H.T təyyarədə almaniyalı müəllimə K.A-ya təcavüz etdiyi üçün işdən çıxarılıb.
Teleqraf.com xəbər verir ki, alman qadın polisə ifadəsində bildirib ki, Antaliyadan İzmirə uçarkən dostları ilə yeyib içib: "Pilot da bizə qoşuldu. Çox içmişdim. Oyandıqda özümü pilotun kabinəsində çılpaq gördüm. Onda mənə nə etdiyini soruşdum. Dedi ki, nə baş verdiyini özün yaxşı bilirsən. Düşünürəm ki, pilot mənə təcavüz edib".
İddialardan sonra avia şirkət pilotlarla yolunu ayırıb. İddia üzrə araşdırmalar davam edir.