Türkiyədə hər kəsi təəccübləndirən körpə doğulub. O dünyaya gəlişi ilə valideynlərinə qeyri adi şəkildə təşəkkür edib.
Teleqraf.com bildirir ki, yeni doğulan körpənin alnında ürək şəkilli ləkə olub.
Hazırda 14 aylıq olan Çinarı sahib olduğu özəlliyə görə bütün qonşular tanıyır. Əksəriyyət isə onu “Sevginin övladı” adlandırır.
“Çinar doğularkən tibb bacısı onu yuyub təmizlədi. Bu zaman onun alnındakı ləkəni ilk mən gördüm. Sonra diqqət etdim ki, o ürək şəklindədir. Onu görən kimi çox təəccübləndim və göz yaşlarımı saxlaya bilmədim” – deyə, Çinarın atası Murad Engin bildirib.
Murad Engin deyir ki, bundan xəbər tutan hər kəs, tibb bacıları növbəyə duraraq oğlumla şelfi çəkirdilər. Onlar Çinarı “Sevginin övladı” adlandırdılar. “Bu sanki tanrının bəxşişidir. Uşağın alnındakı doğuş ləkəsinə görə narahatlıq hissi keçirmirik” – deyə o bildirib.
Valideynlər qeyd edir ki, 14 aylıq olmağına baxmayaraq o hələ də diqqətləri cəlb edir: “Hara getməyimizdən asılı olmayaraq onu görən hər kəsin üzündə təbəssüm yaranır. Deyəsən Türkiyədə sevginin canılı təcəssümü Kupidon(Eşq Allahı) peyda olub.”