9 Yanvar 2017 22:25
871
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da müəllim 16 yaşlı qıza qarşı seksual xarakterli hərəkətlər etdiyi üçün həbs olunub. Teleqraf.com xarici KİV-ə istinadən bildirir ki, müəllim şagirdi ilə internetdə danışarkən ondan açıq-saçıq fotolarını istəyib.


31 yaşlı Endryu Montalvo Florida ştatındakı Avalon Middle Scholl orta məktəbində 7-cı siniflər üçün "Cəmiyyət" dərsi deyir.


Mantalvonun qurbanı iki il əvvəl dərs dediyi keçmiş şagirdidir. Müəllimlə intim münasibət zamanı qızın 16 yaşı olub.

Müəllim qızdan Snapchat əlavəsi vasitəsilə açıq-saçıq şəklini göndərməyi xahiş edib. Qız əvvəlcə çimərlik formasında fotolar yollayıb. Müəllim sonradan onları yeniləyib daha açıq-saçıq şəkil göndərməsini xahiş edib. Keçmiş şagirdi müəllimin bu istəyindən imtina etməyib.

Qız müəllimini şantaj edib. O, müəllimini polisə məlumat verəcəyilə hədələyib və iki min dollar tələb edib.

Montalvo bu pulu versə də, şagird polisə üz tutub.

Montalvo həbsə qədər məktəbdə 5 il işləyib. İstintaq zamanı səhvini etiraf edib.


Müəllif:

Oxşar xəbərlər