10 Yanvar 2017 08:52
1 063
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstraliyanın səhiyyə naziri Sussan Ley vəzifəsindən azad edilib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, buna səbəb Leyin səyahətə gedərkən xərclədiyi pulların dövlət tərəfindən ödənilməsidir.

Bununla bağlı ölkənin baş naziri Makolm Tönbul məlumat verib. Onun sözlərinə görə, hazırda məsələ ilə bağlı araşdırmalar aparılır: "Nazirlərdən gördükləri işlərdə ən yüksək standartları gözləyirəm, xüsusilə də xalqın pulunu xərcləyəndə. Araşdırmaların sonuna qədər o vəzifəsindən uzaqlaşdırılıb. Onun vəzifələrini senator Artur Sinodinos yerinə yetirəcək".

Bu arada, açıqlama verən Sussan Ley səyahətdə xərclədiyi 3125 dollar vəsaiti geri ödəyəcəyini deyib. O bildirib ki, araşdırmaların nəticəsində o vəzifəsinə geri dönəcək.

Qeyd edək ki, Ley 2013-2015-ci illərdə Gold Coast şəhərində istirahət zamanı dövlət büdcəsi hesabına 54 min dollar xərcləməkdə ittiham olunur. O, 3 il ərzində bu şəhərə 20 dəfə səyahət edib.

Samir


Müəllif:

Oxşar xəbərlər