Türkiyənin Antalya şəhərində yerləşən liseylərdən birində inanılmaz olay yaşanıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, İstiqlal Marşı səslənən zaman başında papaq olan məktəbli digər şagirdlərə söz atıb. Olay müəllimlərdən birinin qəzəbinə səbəb olub. Məktəblilər onlara etirazını bildirən müəllimi döyüblər. Olaydan sonra direktorun otağına aparılan yeniyetmələr onları acılayan məktəb müdürünə də hücum ediblər.
Hadisəyə müdaxilə edən polis məktəbliləri saxlayıb.
Teleqraf.com həmin görüntüləri təqdim edir:
Elvin