13 Yanvar 2017 21:52
604
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanda dünyanın ən ağır çəkili insanı sayılan 36 yaşlı Misir vətəndaşı Eman Əhməd Əbd El Atinin çəki reduksiyası üçün yeni xəstəxana korpusu tikilir. Onun 500 kiloya yaxın çəkisi olduğu bildirilir.

Teleqraf.com xəbər verir ki, misirli qadın Mumbaya yanvarın axırlarında xüsusi təyyarə reysi ilə gətirləcəyi gözlənilir. Ailəsi bildirir ki, qadın son 25 ildə evdən heç yerə çıxa bilməyib.

El Ati dünyanın hazırda yaşayan ən ağırçəkili qadınıdır. Hazırda Ginnesin rekordlar kitabında ən ağırçəkili şəxs ABŞ vətəndaşı 292 kiloluq Pauline Potterə məxsusdur.

Xanım Əbd El Atini tanınmış bariatr cərrah doktor Müfəzzəl Lakdavalanın başçılığı altında cərrahlar komandası əməliyyat edəcək. Pasientin adi sərnişin təyyarəsinə minməsi mümkün olmadığından onu Mumbaya çarter yük təyyarəsində gətirəcəklər. Xanım Əbd El Atini onun əsas baxıcısı olan bacısı müşayiət edəcək.
Pasientin əməliyyatdan əvvəl müəyyən çəki atması lazım gələcək.

Xanım Əbd El Ati zobdan və ürək xəstəliyindən əzab çəkir və xəstəxanada azı 6 ay qalmalı olacaq.

Xəbərlərdə deyilir ki, xəstəxananın 278 kvadrat metrlik sahəsi olan yeni korpusunun tikintisinə 20 milyon rupi (293 min dollar) xərc tələb olunacaq.
Yeni korpus yanvarın axırında təhvil veriləcək.

El Atiyə onun anası və bacısı baxırlar. Ailəsi bildirir ki, o, doğulanda 5 kiloqram idi və ona elefantizm və ya "fil xəstəliyi" diaqnozu qoyulmuşdu. Bu xəstəlik zamanı infeksiya nəticəsində bədənin müxtəlif hissələri şişməyə başlayıb.

Qohumları deyirlər ki, qızın çəkisi o 11 yaşına çatanda sürətlə artmağa başlayıb. Bundan sonra o iflic keçirərək yatağa düşüb.

Bariatrik və ya çəkinin azaldılması əməliyyatı təhlükəli piylənməyə məruz qalmış insanların müalicəsində son addım kimi aparılır.


Müəllif:

Oxşar xəbərlər