Hərbi mənbələrdən verilən məlumata görə, Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən düşmən mövqelərindən birində erməni kəşfiyyatçı zərərsizləşdirlib.
Hadisə yanvarın 17-də gecə baş verib.
Erməni kəşfiyyatçı gecə görmə qurğusu ilə Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini müşahidə edirmiş. Həmin an kəşfiyyatçı müəyyən edilərək məhv edilib.
Hadisədən iki gün keçməsinə baxmayaraq, erməni tərəfi ictimaiyyətdən əsgərin ölümünü ciddi səylə gizlədir.
/1nyus.az/