Böyük Britaniya jurnalisti Qrem Fillips Britaniya parlamentindən qovulub.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, hadisə Böyük Britaniya və Ukrayna arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünə həsr edilmiş görüşdə baş verib.
Agentliyin yazdığına görə, Fillips “narahat suallar” verib. O, parlament üzvü Cerald Hovartdan Ukraynanın Donbas ərazisində artilleriya atəşləri və dinc sakinlərinin qətlləri haqqında danışıb-danışmayacağı barədə soruşub.
Tədbirin iştirakçıları “Bayıra!” və "Yalançı!” şüarları altında Fillipsdən zaldan çıxmağı tələb ediblər. Jurnalistin parlamentdən çıxarılmasının görüntülərini Ukraynanın Britaniya səfirliyi “Twitter” səhifəsində dərc edib.