28 Yanvar 2017 01:53
684
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə nəvəyə baxan nənələrə dövlət pul ödəyəcək.

Teleqraf.com xəbər verir ki, bununla bağlı pilot layihəyə başlanıb.

Ölkənin əmək və sosial müdafiə naziri Mehmet Müəzzinoğlu deyib ki, layihə işləyən valideynlərin övladlarına baxan nənələrlə bağlıdır.

Nazirin sözlərinə görə, layihə bu ilin martından reallaşdırılmağa başlanacaq.

Məqsəd qadınların məşğuliyyətini artırmaq və onlara tam iş günü işləmək imkanı verməkdir.

Pilot layihə 4 əyalətdə icra olunacaq və ilkin olaraq 5000 ailəni əhatə edəcək. 6 aydan sonra, işlərin gedişindən asılı olaraq, Türkiyənin digər yerlərində də tətbiq olunacaq.


Müəllif:

Oxşar xəbərlər