2 Fevral 2017 08:35
489
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 3-də “Google” şirkəti 2016-cı il üçün tədqiqatçılara məhsullardakı boşluqlarla bağlı məlumatlara görə mükafatların ödənişi proqramı haqqında hesabat dərc edib.

Teleqraf.com “ICTnews”a istinadən xəbər verir ki, ötən il proqramda dünyanın 59 ölkəsinin təhlükəsizlik sahəsi üzrə 350 eksperti iştirak edib. “Google” onlara əlavə və servislərdə aşkarlanan mindən çox boşluğa görə ümumilikdə 3 milyon dollar ödəyib. Bir boşluq üçün maksimal məbləğ 100 min dollar təşkil edir.

Müqayisə üçün qeyd edək ki, 2015-ci ildə mükafatlandırmanın ümumi məbləği 2 milyon dollar olub ki, bu da 2014-cü ildən xeyli azdır. Artım 2016-cı ildə şirkətin minimal mükafatlandırma məbləğini çoxaltması (bəzi hallarda bir dəfə yarım) ilə izah olunur.

“Google” məhsullardakı boşluqlarla bağlı məlumatlara görə mükafatların ödənişi proqramını 2010-cu ildə istifadəyə verib. O vaxtdan şirkət tədqiqatçılara ümumilikdə 9 milyon dollardan çox pul ödəyib.


Müəllif:

Oxşar xəbərlər