7 Fevral 2017 08:17
508
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son zamanlar proqram və ya əməliyyat sistemlərinin köhnə versiyaları üçün dəstəyin dayandırılması ilə bağlı xəbərlər tez-tez yayılır.

Bu, əksər hallarda köhnə proqramlarda yeni funksiyaların reallaşdırılmasının qeyri-mümkünlüyü və ya aşağı təhlükəsizlik səviyyəsi ilə izah olunur. Əgər siz Skype” proqramının “Windows” və ya “Mac” əməliyyat sistemləri üçün “köhnə quraşdırmalarından istifadə edirsinizsə, o zaman 1 mart tarixindən həmin quraşdırmaların dəstəyi dayandırılacaq. Bu haqda “Microsoft” şirkəti öz rəsmi bloqunda yazıb.

Teleqraf.com “ICTnews”a istinadən xəbər verir ki, 1 mart tarixindən “Skype” proqramının köhnə versiyalarından (“Windows” üçün 7.16 və aşağı versiyalar, “Mac” üçün 7.0-dan 7.18-dək ) istifadə edənlər sistemə daxil ola bilməyəcəklər. Əgər siz belə istifadəçilərdən birisinizsə, o zaman yeniləməni yükləmək lazımdır" – “Microsoft” şirkətinin rəsmisi deyib.


Müəllif: