7 Fevral 2017 01:39
469
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belçikada dünyada ilk dəfə tam spirtsiz pivə istehsal edilib.

“AB InBev” şirkətinin mütəxəsisləri bir neçə il aparılan araşdırmalar nəticəsində pivə istehsalında innovativ metod tətbiq ediblər.

Yeni metod dadına görə spirtli pivədən heç nə ilə fərqlənməyən tam spirtsiz pivə istehsal etməyə imkan verib.

Belçika pivə istehsalçıları bildiriblər ki, hazırda spirtsiz pivənin tərkibində spirtin həcmi 0,5-1,2 faiz təşkil edir və dadına görə orijinal pivədən fərqlənir.
/Trend.az/


Müəllif: