10 Fevral 2017 08:05
453
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Facebook" sosial şəbəkəsi fövqəladə hallarda avtomatik aktivləşən "Safety Check" servisinin imkanlarını genişləndirir. Belə ki, servisə təbii fəlakətlər zamanı qarşılıqlı yardımın təşkilinə kömək edəcək "Community Help" (Cəmiyyətin köməyi) funksiyası əlavə olunub.

Teleqraf.com "ICTnews"a istinadən xəbər verir ki, hər bir istifadəçi "Safety Check" xidmətinin avtomatik işə düşdüyü (servis eyni yerdən müəyyən fəlakət və ya böyük hadisə barədə çoxlu məlumatlar daxil olanda işə salınır) ərazidə olduğu zaman ətrafdakı insanlara yemək, su, qan və ya nəqliyyatdan istifadə imkanı təklif edə və ya istəyə bilər.

Rahatlıq üçün müvafiq "Facebook" səhifəsində yardım kateqoriyaları yerləşdirilib. Orada, həmçinin "Heyvalar üçün qida", "Uşaq əşyaları", "Geyim" bölmələri yer alıb.

Bundan başqa, "Community Help" fəlakət zonasında insanların axtarışına və onlarla rabitə əlaqəsi qurmağa kömək edəcək.


İlkin mərhələdə "Community Help" funksiyası sınaq rejimində ABŞ, Kanada, Avstraliya, Yeni Zelandiya, Hindistan və Səudiyyə Ərəbistanında təbii fəlakətlər şəraitində işləyəcək.

Sonradan sınaq müddətinin nəticələrinə uyğun olaraq bütün qeydə alınan çatışmazlıqlar aradan qaldırılaraq funksiyadan bütün ölkələrdə və bütün fövqəladə hallarda istifadə mümkün olacaq.


Müəllif:

Oxşar xəbərlər