Karelyada pişiyin elektrik yarımstansiyaya girməsi qısaqapanmaya səbəb olub ki, nəticədə Sartavala şəhərində böyük bir yaşayış məntəqəsi işıqsız qalıb.
Teleqraf.com xəbər verir ki, uşaq bağçası, istixana və çörək zavodunda da elektrik təchizatında problem yaranıb.
Şəhərdə 2000-ə yaxın adam da işıqsız qalıb.
Qəzaya səbəb olmuş pişik isə ölüb. Qəzanın fəsadlarını aradan qaldırmaq üçün gələn təmir briqadası pişiyin cəsədini elektrik transformatordan cıxarıb.