16 Fevral 2017 22:39
781
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Kirmanşah şəhərində sərbəst güləş üzrə Dünya kubokunda təşkilatçılar Azərbaycan bayrağına hörmətsizlik ediblər.

Missiya.az xəbər verir ki, Rusiya yığması ilə görüş zamanı Azərbaycan milli komandası təqdim olunanda təşkilatçılar arenaya qəribə bayraq çıxarıblar - səkkizgüşəli ulduz və aypara mərkəzdən sola çəkilib, bayraqda iki ağ xətt olub.

Azərbaycan Güləş Federasiyasının nümayəndələri təşkilatçılara öz narazılıqlarını bildiriblər. Yığmanın baş məşqçisi Firdovsi Umudov oteldən əsl Azərbaycan bayrağını gətirib.

Qeyd edək ki, bir neçə dəfə Azərbaycanın dövlət rəsmilərinin İrana səfəri zamanı Azərbaycan dövlət bayrağı ilə bağlı analoji hal yaşanıb.

b_550_325_16777215_00_images_xeber_sekilleri_16fevral2017_181283_src.jpg

b_550_325_16777215_00_images_xeber_sekilleri_16fevral2017_181282_src.jpg

b_550_325_16777215_00_images_xeber_sekilleri_16fevral2017_203171_src.jpg


Müəllif:

Oxşar xəbərlər