23 yaşlı Elnur İsgəndərovun canlı ifaları sosial şəbəkələrdə ən çox izlənilənlər arasındadır.
Teleqraf.com "Xəzər xəbər" istinadən xəbər verir ki, gənc ifasının qarşılığında heç bir ödəniş tələb etmir.
Deyir ki, insalar üçün oxumaqdan zövq alır. Özü əvvəlcədən elan verir, dinləyicilərini şəhərin mərkəzinə çağırır ki, gəlib canlı ifadan zövq alsınlar. Sosial şəbəkələrdə onun videoları ən çox çox paylaşılanlar sırasındadır.
23 yaşlı Elnur İsgəndərov heç bir musiqi təhsili almayıb. Gitaraya və oxumağa həvəsi ailəsindən yaranb.
Ətrafdan keçən insanlar onun səsini eşidib bir neçə dəqiqəlik də olsa ayaq saxlayır, dinləyir, videosunu çəkirlər.
Elnurun pulsuz, canlı konsertinə qulaq asmaq istəyənlər yolunu, şəhərin mərkəzindən sala bilərlər.