Türkiyəyə girişinə qadağa qoyulmuş Gürcüstan vətəndaşı sərhədi çamadanın içində keçməyə cəhd edib. Bu işdə ona sevgilisi kömək edib.
Trend-in məlumatına görə, Sarp gömrük məntəqəsində sənədlərin yoxlanışı zamanı gürcüstanlı S.A-nın qeyri-adi davranışı gömrük əməkdaşlarının diqqətini çəkib. Polis ondan çamadanını açmağı tələb edib. Çamadandan S.A-nın sevgilisi, 3 ay əvvəl Türkiyədən deportasiya olunmuş M.M çıxıb.
38 yaşlı qadın və sevgilisi saxlanılıb.