23 Fevral 2017 08:35
378

İnstagram sosial şəbəkəsində yeni funksiya istifadəyə verilib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bundan sonra İnstagramda eyni anda 10 şəkil və video paylaşmaq mümkün olacaq.

Yeni postu paylaşmaq üçün xüsusi işarəyə vurmaqla bundan sonra paylaşmaq istədiyiniz 10 görüntünü seçə biləcəksiniz.

Hər bir görüntünü ayrılıqda, ya da bütün seçilənləri ümumilikdə redaktə etmək olar.


Müəllif: