23 Fevral 2017 21:39
809
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbul-Havana reysi üzrə uçan “Türk Hava Yolları”na məxsus təyyarə texniki problem üzündən Vaşinqtona məcburi eniş edib.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Airbus A330-200" tipli sərnişin təyyarəsində texniki nasazlıq Bermud üçbucağı və ya Şeytan üçbucağı üzərində yaranıb.

Qeyd edək ki, Bermud üçbucağı Atlantik okeanın şimalında Florida, Bermud adaları və Puerto Rikonu birləşdirən şərti xətlərin əhatə etdyi üçbucaq ərazidir. Bermud üçbucağı burada çoxlu itmiş obyektə görə sirli yer və anormal zona sayılır.


Müəllif:

Oxşar xəbərlər