24 Fevral 2017 01:13
461
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyada tüğyan edən “Doris” qasırğası bir sıra bölgələrdə ciddi fəsadlar yaradıb.

Trend-in məlumatına görə, Londonun Hitrou hava limanında onlarla reys təxirə salınıb.

Şotlandiyada iri avtomagistrallardan biri qar altında qalıb. Burada sürücülər yolu təmizləmək məcburiyyətində qalıb.

Şimali İrlandiyada 8 minə yaxın ev işıqsız qalıb.

Hidrometeoroloqlar yaxın günlərdə Şotlandiya ərazisində 30 santimetrədək qarın yağacağını proqnozlaşdırırlar.


Müəllif: