25 Fevral 2017 20:38
1 747
12 Punto 14 Punto 16 Punto 18 Punto

Albinizim irsi xəstəlik olub melanin (dəridə, saçda və gözdə olan qara piqment) çatışmazlığı ilə xarakterizə edilir.

Teleqraf.com insanlarda və heyvanlarda müşahidə edilən bu xəstəlik barədə bəzi məlumatları təqdim edir.
Albinizmin bir neçə forması mövcuddur – total, qismən (piebaldizm), natamam albinizm (abbinoidizm).

Bundan əlavə göz-dəri albinizmi (ksantizm) gözlərdə, saçda və dəridə təzahür edir.
Göz albinizmi ancaq gözlərdə müşahidə edilir.

Albinosların dərisi günəş yanıqlarına qarşı müdafiəsizdir.

Albinoslar əsasən dəri xərçəngi, fotofobia (işıqdan qorxmaq), nistaqma (qeyri-iradi sürətli göz hərəkəti) və çəpgözlükdən əziyyət çəkirlər.

Avropada hər 20 min insandan biri ağdərili, ağsaçlı və qırmızı gözlü albinos olaraq doğulur. Hazırda ehtimal olunur ki, xəstəlik triozinazı fermentinin çatışmazlığı və ya ümumiyyətlə, yoxluğu səbəbindən əmələ gəlir. Bu ferment toxumaların rənglənməsinə səbəb olan melaninin normal sintezi üçün çox vacibdir.

Albinizm sindromu puertorikalılarda tez-tez rast gəlinir – 27 min nəfərə bir albinos düşür.

Nigeriyada aparılan araşdırmalar zamanı isə məlum olub ki, burda albinosların doğulma sayı 3 minə nəfərə bir nəfərdir.

Albinizm sindromu ilə doğulan heyvanların həyatda qalma şansı daha azdır. Çünki hər yerdə gözə çarpırlar. Bir tək qarla əhatə olunmuş yerlərdən başqa. O da ki, qar həmişə və hər yerdə olmur. Bu da onların ya asan yem olmasına, ya da yem tapa bilmədiyi üçün ölümlərinə gətirib çıxarır.


Demək olar ki, bütün növ heyvanlarda albinoslara rast gəlmək olar: kitlər, köstəbəklər, yarasalar, quşlar, tısbağalar, suda-quruda yaşayanlar, balıqlar və s.

Alimlərin hesabatlarına görə, hər 10 min heyvandan biri tam albinos olaraq doğulur.

Bir çox albinos quşların lələkləri çox kövrək olur, eyni zamanda rəngləri də adət edildiyi kimi olmur.
Ağ çömçəquyruqlar qurbağaya çevrilmədən ölürlər.

Qeyd edək ki, bəzi ölkələrdə geniş yayılmış batil inanclar səbəbindən albinizm sindromu ilə doğulan insanlar alver alətinə çevrilirlər. Hətta onların bədən üzvləri böyük məbləğdə pullara satılır. Yaxın qohumlar belə pula görə bu cinayətdən kənarda qala bilmirlər.

MURAD


Müəllif:

Oxşar xəbərlər