3 Mart 2017 00:39
752
12 Punto 14 Punto 16 Punto 18 Punto

Repetitor yanından qayıdan 10 yaşlı uşaq küçənin ortasında vəhşicəsinə qətlə yetirilib.

Hadisə Ruisyanın Penzensk vilayətinin Sursk şəhərində baş verib. İnsident anbaan təhlükəsizlik kamerasına əks olunub. Məlumatlara görə, qonşu rayondan olan 34 yaşlı kişi onun qarşısını kəsib və nəsə deyib. Bundan sonra uşaq qaçmaq istəyib. Ancaq buna nail olmayıb. Azyaşlını yerə yıxan cinayətkar əlindəki bıçaqla onun bədəninin müxtəlif nahiyələrinə çox sayda zərbələr endirib. Azyaşlı hadisə yerində keçinib. Cinayətkar isə bir neçə saat sonra polis tərəfindən saxlanılıb.

Teleqraf.com həmin görüntüləri təqdim edir:

Elvin


Müəllif:

Oxşar xəbərlər