30 Mart 2017 08:35
974
12 Punto 14 Punto 16 Punto 18 Punto

İncə, yumşaq və sevimli varlıqlar olan pişiklər artıq 10 min ildir ki, insanlarla birgə yaşayırlar. Müasir dünyada ən populyar ev heyvanı olan pişiklərin çoxsaylı cinsləri var.

Onların bəziləri təbii şəraitə uyğun olaraq formalaşsa da bir qismi də seleksiyaçılar tərəfindən süni yolla yaradılıb. Bununla belə onların hamısı gözəl və unikal varlıqlardır. Cinsin təmizliyindən və sayından asılı olaraq onların qiyməti 100 dollarla 10 minlərlə dollar arasında dəyişir.

Məsələn, Devon-reks cinsindən olan pişiklər 400-1200 dollar qiymətə sahib olduğu halda, Savanna cinsi 4-22 min dollar arası dəyərə malikdirlər.

Qeyd edək ki, hazırda ən bahalı pişik olan Savvanna cinsi Afrika servalı ilə ev pişiyinin hibrididir. Bu yeni cinc pişiyin hibridləşdirilməsinə 1980-ci illərdə başlanılsa da 1986-cı ildə iki pişiyin doğulmasıyla nətcə əldə edildi. Savannanın çəkisi 15 kq, uzunluğu isə 60 sm-ə qədər olur. Bu rəqəmlər onu ən böyük ev pişiyi hesab etməyə bəs edir.

Teleqraf.com bu gün dünyada ən bahalı 18 pişik cinsini təqdim edir.

MURAD


Müəllif: