4 Aprel 2017 20:51
624
12 Punto 14 Punto 16 Punto 18 Punto

Norveç dünyada gəmilər üçün ilk tunel tikməyi planlaşdırır.

272 milyon dollara başa gələcək gəmi tunelinin uzunluğu 1,5 km, eni isə 37 metr olacaq.

Qeyd edək ki, tunelin tikiləcəyi Stad yarımadasında ilin təxminən 100 günü şiddətli küləklər əsir. Bu da gəmilərin qəzaya uğramasına və çoxlu insan tələfatına səbəb olur. Tikiləcək tunel isə xüsusilə böyük gəmilərin həmin ərazidən keçidini asanlaşdıracaq və daha təhlükəsiz edəcək.

2018-ci ildə başlayacaq layihə çərçivəsində 7 milyon ton qayanın təmizlənməsi lazım olacaq ki, bu da təxminən 4 ilə başa gələcək.
/Trend/


Müəllif:

Oxşar xəbərlər