7 Aprel 2017 08:51
452
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən il “Twitter” və “Instagram” şəbəkələrində mobil qurğulardan onlayn translyasiyalar aparmaq üçün imkan yaradılıb, bu ilin fevralında isə bu funksiya “YouTube”a da əlavə olunub və əvvəlcə ondan yalnız 10 mindən çox abunəçisi olan istifadəçilər yararlana bilib.

Bununla “Google” şirkəti ümumilikdə server və funksiyaların fəaliyyətini sınaqdan keçirmək niyyətində olub. Son həftələr ərzində isə “YouTube” mobil əlavəsində onlayn translyasiyalar funksiyasından çoxu istifadə imkanı əldə edib. Bununla əlaqədar “YouTube” bloqunda yerləşdirilən məlumatda bundan sonra funksiyadan kanalda mindən çox abunəçisi olan bütün istifadəçilərin yararlana biləcəyi bildirilir.

Teleqraf.com “ICTNews”a istinadən xəbər verir ki, onlayn translyasiya funksiyası birbaşa “YouTube”da quraşdırıldığına görə əlavə proqram yükləməyə ehtiyac yoxdur. Yayıma başlamaq üçün kameranın düyməsinə toxunaraq video üçün lentdə görünəcək təsviri seçmək və translyasiyanın adını göstərmək tələb olunur. Translyasiyanı, həmçinin birbaşa istinadla həm hamı, həm də konkret istifadəçilər üçün etmək olar.


Müəllif: