Fransa vətəndaşı olan gənc qızın Taylandda etdiyi hərəkət bu ölkədə etirazla qarşılanıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, ictimai nəqliyyatdan istifadə zamanı gənc qız ayağını qaldıraraq, qarşıdakı oturacağın üzərinə qoyub.
Bu zaman avtobusda əyləşən Tayland ordusunun əsgəri 21 yaşlı Naronq Taonpanya qıza iradını bildirib. Ancaq turist buna fikir verməyib. Naronq faktla bağlı fikirlərini Facebook hesabında paylaşıb: "O ayaqlarını mənim oturduğum oturacağa yaxın uzatdı. Corabları çox pis qoxuyurdu. Buna görə özümü pis hiss etdim. Ona iradımı bildirəndə isə heç bir cavab almadım".
Bu paylaşım bir çox taylandlının etirazına səbəb olub. Hadisənin görüntülərini təqdim edirik:
Elvin