11 Aprel 2017 08:54
436
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyada keçirdiyi qəza nəticəsində ayağının birini itirən və bundan sonra sahibi tərəfindən tərk edilən Jasper adlı pişik Kempridc (Cambridge) Universitetinin talismanı oldu.

Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, Marshall kitabxanasında Simon Frost adlı bir işçinin sahib çıxdığı beş yaşlı pişik indi tələbələrin imtahan stresindən xilas olmalarına kömək edir.

"Jasper-lə çay saatı" adıyla təşkil olunan tədbirdə 140 tələbə iştirak edib.

Yavaş gedincə tarazlığını itirən Jasper hər yerə sürətlə gedir. Sahibiylə hər gün kitabxanaya gələn Jasper gündüzlər səssiz və ciddi bir görkəm yaradır.

Rəflərin arasında gəzintiyə çıxan pişik qəzetlərin, kitabların arasında yatır.

Lakin onun sahibi Frost-un sözlərinə görə, Jasper evdə olan zaman "pələngə" çevrilir.

"Jasper Tigger (Ayı Winnie adlı cizgi filmindəki pələng) kimi hoppanır. Yavaş gedincə tarazlığını itirdiyi üçün hər yerə sürətlə gedir. Ağaclara da dırmaşır, amma enə bilmir",-deyə Frost danışıb.

Kitabxanada işləyən Clare Trovell "Jasper-i sevməyə gələn tələbələr çox rahatladıqlarını, öz heyvanlarına bəslədikləri həsrəti onunla əvəz etdiklərini söyləyirlər" deyib.

Jasper

Jasper


Müəllif: