11 Aprel 2017 08:35
527
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fotoşəkillərin peşəkar emalı üçün proqramların hazırlanması ilə məşğul olan "Adobe" şirkəti süni intellekt və kompüter təlimi texnologiyalarını tətbiq etməklə "selfie" şəklinin redaktəsi üçün mobil əlavə yaradıb.

Teleqraf.com "ICTnews"a istinadən xəbər verir ki, şirkətin "Adobe Sensei" tədqiqat laboratoriyası "selfie" emalı üçün əlavənin işini praktiki nümayiş etdirib. Servis vasitəsilə fotoşəkilin uzaq məsafədən və adi fotoaparatla çəkilməsini göstərmək üçün sifətin nisbətlərini dəyişmək mümkündür. Bundan başqa, redaktor sifətin ikiölçülü yox, həcmli olması üçün onun əyilmə bucağını dəyişdirməyə imkan verir.

Proqramın daha bir xüsusiyyəti kadrdan insanı ayırmaq, fonu təmizləmək və sonradan onu geri qaytarmaqdan ibarətdir ki, bununla da yan tərəfdən çəkilmiş şəkil effekti alınır. Daha bir maraqlı funksiya digər fotoşəkillərdən effektləri tətbiq etmək imkanıdır. Funksiyanın bu yaxınlarda "Adobe" şirkətinin fotoşəkillərdə hava şəraitinin dəyişdirilməsi üçün nümayiş etdirdiyi eyni alqoritmdən istifadə etməsi ehtimal olunur.

"Adobe" proqramı təqdim etməyi planlaşdırması barədə məlumat vermir.


Müəllif:

Oxşar xəbərlər