5 Avqust 2014 14:38
846
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vaqif Abışov: "Üç aydan çox davam edən yay tətili təhsil prosesinin davamlılığına və effektivliliyinə ciddi maneə yaradır"

Üç aydan çox davam edən yay tətili təhsil prosesinin davamlılığına və effektivliliyinə ciddi maneə yaradır. Təhsildə uzunmüddətli fasilə şagirdlərdə bir sıra mühüm vərdişlərin sıradan çıxmasına, onların təhsil prosesindən ayrı düşməsinə səbəb olur.

Teleqraf.com-un məlumatına görə, bu sözləri BAXCP-nin elm və təhsil məsələləri üzrə katibi, tarix üzrə fəlsəfə doktoru Vaqif Abışov dilə gətirib.

Vaqif Abışovun sözlərinə görə, orta məktəb müəlliləri hər yeni dərs ilinin başlanğıcında şagirdlərin daha öncə qazandıqları biliklərin müəyyən bir hissəsini unutduqlarının, təhsil prosesinə alışa bildmədiklərinin şahidi olurlar: "Uzunmüddətili fasilədən sonra şagirdlərdə təhsil prosesinə konsentrasiya olmaqla bağlı ciddi problemlər yaranır. Onların yenidən məktəb həyatına alışması isə xeyli vaxt aparır".

BAXCP rəsmisi hesab edir ki, bu problemlərin aradan qaldırılması üçün dünyanın bir çox aparıcı ölkələrində tətbiq olunan təcrübənin Azərbaycanda da həyata keçirilməsi vacibdir: "Hümunəvi təhsil sistemi olan Böyük Britaniyada, həmçinin Yaponiya və bu kimi digər inkişaf etmiş ölkələrin məktəblərində dərs ili 2 semestrdən ibarətdir. Şagirdlərə 1-ci semestrdən sonra 14, 2-ci semestrdən sonra isə 45 günlük tətil verilir. Hesab edirik ki, bu təcrübənin Azərbaycanda da tətbiq edilməsi qeyd olunan problemlərin aradan qaldırılmasında mühüm rol oynaya bilər".

Cavidan


Müəllif:

Oxşar xəbərlər