Azərbaycanın tanınmış xanəndələri Ağdama səfər ediblər.
Teleqraf.com-un məlumatına görə, xanəndələr Azərbaycan Prezidenti İlham Əliyevin də açılışında iştirak etdiyi yeni qəsəbə ilə tanış olublar. Onlar ölkə başçısı ilə birlikdə Ağdamda 632 məcburi köçkün ailəsi üçün salınmış yeni qəsəbədəki orta məktəbin qarşısında xatirə şəkli çəkdiriblər.
Xalq artisti Mənsum İbrahimov görüşdən çəkilmiş fotonu Facebook sosial şəbəkəsində paylaşıb.
Görüşdə xanəndələr Nəzakət Teymurova, Mənsum İbrahimov, Arif Babayev, Təyyar Bayramov, Cabir Abdullayev, Aygün Bayramova iştirak edib.
Kəmalə