Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) cari ilin iyul ayında ayrı-ayrı müəssisələrdə ümumilikdə 1840 halda əmək qanunvericiliyinin pozulması faktını aşkar edib.
Bu göstərici ötən ilin iyul ayına dair müvafiq göstərici ilə müqayisədə 15,9 faiz çoxdur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, aşkar olunmuş hüquq pozuntuları ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin aidiyyatı maddələri üzrə işəgötürənlərə tətbiq olunmuş cərimələrin 37,3 faizi (125059 manat) dövlət büdcəsinə ödənilib ki, bu da ötən ilin iyul ayında ödənilən məbləğlə müqayisədə 18,8 dəfə çoxdur.
İş yerlərində əmək qanunvericiliyinə əməl olunmasına DƏMX tərəfindən dövlət nəzarətinin gücləndirilməsi işçilərin əmək hüquqlarınun təmin olunması, o cümlədən onlar üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması ilə bağlı işəgötürənlərdə məsuliyyət hissinin artırılması məqsədinə xidmət edir.
Naibə