İngiltərənin məşhur “The Ekonomist” jurnalı seks industriyasını araşdıraraq bildirib ki, dünya iqtisadiyyatının durğunluğu seks industriyasına da təsir edib və ucuzlaşmaya səbəb olub.
Jurnalın araşdırması 12 inkişaf etmiş ölkədə aparılıb və məlum olub ki, 2006-cı ildən qadın seks işçisinin 1 saatı təxminən 340 dollara başa gəlirdisə bu rəqəm indi 260-a enib.
Dərgi bunun 2 səbəbi olduğunu vurğulayır: 1-ci 2008 ci ildə dünyanı silkələyən iqtisadi böhran 2-ci isə internetin geniş yayılmasıdır. 2008-ci illdən bu yana xüsusən az inkişaf etmış ölkələrdən digərlərinə köçən seks işçiləri sayəsində hər yerdə qiymətlər çox düşüb. Bir çox ölkələrdə seks xidmətlərin leqallaşdırılması da qiymətlərə təsir edib. İnternetdə bu yöndə az rol oynamadığı vurğulanır.
İnternetin hər yerdə olması seks xidməti göstərənlərin işini asanlaşdırdı və sərbəst olmasına səbəb oldu. Buna görədə hazırda seks industriyasında böhran yaşanır demək olar.
Ülkər