Populyar Britaniya saytlarından biri maraqlı araşdırma aparıb. Sosioloqlar 1200-dən çox qadın profilini araşdırıb və məlum olub ki, makiyaj edən, xüsusən dodaq boyası və göz kölgələrindən istifadə edən qadınlar daha çox görüşə dəvət alır.
Göz kölgəsindən istifadə edən xanımlar isə daha çox maraq cəlb edib. 2-ci yeri dodaq boyası tutub. Dodaq boyasından istifadə edən qadınlar digərlərindən fərqli olaraq 20 faiz daha çox diqqət mərkəzində olur.
Amma qəribəsi budur ki, kişilər bəyan ediblər ki, makiyaj edən xüsusən dodaq boyası və kölgələrdən çox istifadə edən qadınlar onlara yaxşı təsir bağışlamır...
Ülkər