Brüsselin dünyaca məşhur tarixi meydanı "Grand Place" türk xalısı kimi bəzədilib. Ənənəvi olaraq bu dəfə də xalını hazırlamaq üçün begoniya güllərindən istifadə olunub.
Belçikaya türk işçilərinin köçməsinin 50-ci ildönümü münasibətilə uzunluğu 75 metr, eni isə 25 metr olan Türkiyədə “uşak halısı” kimi tanınan xalı hazırlanıb.
Xalının hazırlanmasında çiçəyinin qırmızı, mavi, yaşıl, çəhrayi, sarı rənglərdə olan 600 min begoniya çiçəyindən istifadə olunub. Onu 100 nəfər bütün gün ərzində işləyərək düzəldiblər.
Brüseldə olan bütün turistlərin diqqətini cəlb edən bu gözəl əl işinin açılışı da möhtəşəm olub: Fişənglər, işıqlar və təsəvvüf musiqisi…
Brüsselin bələdiyyə sədri Yvan Mayeur tədbirdə çıxış edərək bildirib ki, Brüseldə yaşayan 250 min türk vətəndaşlarımıza hədiyyə etdiyimiz bu xalı türk mədəniyyətinin tanıdılması üçün də nəzərdə tutulub.
Ülkər