18 Avqust 2014 12:06
855
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur jurnal Life&Style-ın son buraxılışı bütün oxucuları şoka salıb.

Belə ki, jurnalın üz qabığında Kembric Hersoginyası Keytin “Kraliça ilə müharibə astanasında” başlıqlı forosu dərc olunub. Jurnala görə Keytlə II Yelizaveta arasındakı konflikt pik nöktəyə çatıb və o, artıq saraydan köçməyə hazırlaşır.

Konfliktin səbəbi kraliçanın bütün ailəni, o cümlədən Keyti idarə etməyə çalışmasıdır. Bu yaxınlarda isə kraliça gəlininə yüngül, açıq geyimlərinə görə möhkəm əsəbləşıb. Onun daha ciddi geyinməsini tələb edib və bundan sonra da Keytə daha ciddi nəzarət edəcəyini bildirib. Ailə konflikti zamanı Şahzadə Uilyam xanımının tərəfini tutub.

Deyilənə görə, Şahzadə Dianayla da yola getməyən II Yelizaveta nəvəsinin xanımına da ilk gündən sərt münasibət bəsləyib.

Ülkər


Müəllif:

Oxşar xəbərlər