Kişilər də qadınlar kimi zifaf gecəsi qorxusu yaşayır. Evliliyin ilk gecəsi uğursuzluqla qarşılaşan və bununla illərcə mübarizə aparam yüzlərlə cütlük var.
Teleqraf.com-un məlumatına görə, qadınların qorxusu ağrı və qanama ilə bağlıdırsa, kişilərin qorxusu isə “işin” öhdəsindən gələ bilməmək və xanımına həzz verə bilməməkdir.
Bir çox seksapotoloqlar hesab edir ki, qadınları da, kişiləri də uşaqlıqdan cinsəllik baxımından doğru tərbiyə etmirlər. Qadınların qorxusu zatən bəllidir, amma kişilər də çox böyük həyəcan keçirirlər. Bəzən elə bu səbəbdən də “boşalma” baş vermir. Ereksiya problemləri və ya vaxtından tez “boşalmalar” baş verir. Bu zaman cütlük bunu normal qarşılayıb mütəxəssisə müraciət etməlidir. İlk gecə intim əlaqəyə girə bilməmək kimi bir problem də yarana bilir. Bu, əslində bir xəstəlikdir. Bu zaman nə qadın ona toxunulmasına icazə verir, nə də kişidə ereksiya baş verir. Bunun səbəbi hər iki tərəfə intim həyatla bağlı pis fikirlərin aşılanması və doğru olmayan bilgilər verilməsidir ki, bu da onların həyatında çox böyük problemə çevrilir.
Cütlüklərə düzgün cinsi tərbiyə verilməlidir. Müsəlman metallığı bu baxımdan bizə maneəçilik törədir. Amma insanların xoşbəxt və möhkəm bir ailə qura bilmələri üçün intim bilikləri olmalıdır. Bu məktəbdə və ya universitetdə dərs olaraq keçilmir. Amma heç olmasa, evlilikdən qabaq cütlüklərə intim biliklər verilməlidir. Türkiyədən olan seksopotoloqlar təklif ediblər ki, bələdiyyələrin tərkibində evlilik ərizəsi verən cütlüklərə bu mövzuda bilik verən, yardım edən bir şöbə açılmalıdır.
Ülkər