19 Avqust 2014 12:32
1 688
12 Punto 14 Punto 16 Punto 18 Punto

Makiyaj hər zaman dəbdədir. Amma onun da növləri və formaları var. Dəbə uyğun olaraq makiyaj da dəyişir. Dəyişməyən yalnız biri var: dodaq boyası. Dodaq boyası qədimdən xanımların sevimli makiyaj elementi olub. Amma onun da sirləri var.

1.Qədim Yunanstanda dodaqlarını yalnız əxlaqsız qadınlar boyaya bilərdi. Digər qadınlara bunu etmək qadağan olunmuşdu.

2.ABŞ-ın ilk prezidenti Corc Vaşinqton bütün çıxışlarından öncə daha yaxşı görünməsi üçün dodaq boyasından istifadə edib.

3.İngiltərə kraliçası II Yelizaveta tac qoyma mərasimində geyinəcəyi libası ilə ideal uyğunluq təşkil edən dodaq boyası sifarış edir. Nəticədə onun Şotlandiyadakı qəsrinin şərəfinə “Balmoral” adlandırılan soyuq qırmızı rəng ortaya çıxır.

4.Qırmızı dodaq boyası bütün zamanların byuti-trendi elan olunub.

5.2-ci Dünya müharibəsi zamanı baş nazir Çörçil Britaniyada bütün kosmetik məhsulların istehsalını qadağan edir. İstisna yalnız dodaq boyasına aid idi. O, hesab edirdi ki, bu kosmetik vasitə insanların ruh yüksəkliyinin saxlanılmasına kömək edir.

6.Dodaq boyası ən pik populyarığını 20-ci əsrin 20-ci illərində qazanıb. İlk film çəkilişləri başladı və xanımların kadrda daha cəzibadar görünmək istəyi dodaq boyasının ən çox istifadə edilən kosmetik vasitəyə çevrilməsinə səbəb oldu.

7.Dodaq boyalarının satışı tutqun, yağışlı günlərdə həmişə daha çox olur.

Ülkər


Müəllif:

Oxşar xəbərlər