Sevgiliniz sizi çox əsəbləşdirir və siz intiqam almaq istiyirsiniz? Bəlkə ayrılmaq istəyirsiniz, amma söyləyə bilmirsiniz?
Bu məsləhətlərə əməl etsəniz, o, əsəbdən dəliyə dönəcək və sizi tərk edəcək.
1. Öncə onu özünüzə aşıq edin, sonra “bir yanlışlıq olub” deyərək geri şəkilin: “Ömrümün sonuna qədər səninəm” deyin, sonra isə “Eşq davam etdiyi qədər əbədidir” deyə onu dəli edin.
2. Markesin “Xolera zamanı” əsərəni oxumasını və əsərin qəhrəmanı kimi düşünməsini və etməsini ondan tələb edin.
3. Nəzarətin kimdə olduğunu bildirmək üçün onun telefonlarına, mesajlarına gec cavab verin.
4. Onun zənginə cavab verərkən, yanınızda kiminsə olduğunu və onunla danışdığınızı göstərin və onu gözləməyə vadar edin.
5. Görüşlərə ən az 15 dəqiqə gecikməyi adət halına gətirin. Amma onun 2 dəqiqə gecikməsini davaya çevirin.
6. Ya da görüşlərə heç getməyin. Heç bir sözünüzü tutmayın. Ondan daha vacib işləriniz olduğuna işarə edin.
7. Telefonunuzda keçmiş sevgilinizin şəklini saxlayın. Silmənizi istəsə də, buna imkan verməyin.
8. Ev işlərini – yemək bişirmək, ütləmək, təmizlik işlərinin heç birini bacarmadığınızı deyin.
9.İz buraxın, onun boynunun ən görünən yerini dişləyin. Öpüşmək istəsə, ağzından iy gəldiyini iddia edin.
10. Sizi ən bahalı restorana aparmasını tələb edin və orada heç nəyi bəyənmədiyinizi yüsək səslə söyləyin.
Ülkər