9 Sentyabr 2014 23:31
807
12 Punto 14 Punto 16 Punto 18 Punto

Floridada polis əməkdaşları 15 yaşlı şagirdi məktəbə getmək istəməməsinə görə həbs ediblər.

ANS PRESS-in məlumatına görə, qanun qoruyucuları uşağın anasını məktəbə çağırıblar. O bildirib ki, kompyüteri, mobil telefonu və internetə girişi oğlunun əlindən almasına baxmayaraq o yenə də məktəbə getməkdən imtina edib. Valideyinin şikayəti ilə evə gələn polis əməkdaşları adı çəkilməyən şagirdi dilə tutmağa çalışsalar da bu onlarda alınmayıb. Yeniyetmə onların suallarına cavab olaraq bildirib ki, hətta həbs etsələr də təhsildən imtina edir. Bundan sonra isə polislər uşağın qollarına qandal taxaraq onu həbsxanaya aparıblar.

Onun açıqlaması alındıqdan sonra anasına təhvil verilib. Sonda isə məlum olub ki, 15 yaşlı uşaq Florida da məktəbə getmək istəmir çünki o, ailəsinin bir neçə ay bundan öncə köçdüyü Nyu-York şəhərində təhsil almaq istəyir. Anası isə bildirib ki, oğlu elə orada da tez-tez məktəbdən qaçırdı. Şerif Çak Malliqana bildirib ki, onlar yeniyetməni həbsxanaya apardıqdan sonra o məktəbə getməyə razılıq verib.


Müəllif: