Türkiyəli məşhur müğənninin paytaxtda konserti planlaşdırılır.
ANS PRESS-in məlumatına görə, Türkiyədə fərqli səs tembri və üslubu ilə seçilən məşhur müğənni Cem Adiranın gələn ay Bakıda konsertinin olacağı gözlənilir. “SOS Producion”ın təşkilatçılığı ilə “Şeker Prens və Tuz Kral” adlı solo konsert oktyabrın 25-də baş tutacaq.
Xatırladaq ki, bir ay əvvəl məşhur müğənninin konsertdən sonra evə gedərkən yolda qəzaya uğrayaraq öldüyü xəbəri yayılmışdı. Bu xəbərin yayılması onun pərəstişkarlarını çox kədərləndirmişdi. Lakin çox keçmədən, Cem Adrian məsələyə aydınlıq gətirərək, gözləri götürməyən adamların xoşagəlməz zarafat etdiyini açıqlamışdı.
Cem Adrian 1980-ci il noyabrın 30-da Ədirnədə doğulub. Əsl adı Cem Filizdir. 7 oktavalıq səsi var. Fərqli səsinə görə "Dünyanın 8-ci möcüzəsi" hesab edilir. Oxuduğu janr - alternativ rock, caz, blues, a cappella, "new wave", elektronikadır. Musiqi həyatına 2003-cü ildən başlayıb.