17 Sentyabr 2014 12:16
1 474
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bələdiyyəyə 3 min 500 məktub göndərən Mustafa Karaşahin cavablandırılmayan sorğuya görə 500 min avro istəyir

Hollandiyanın Dortrecht şəhərində yaşayan türkiyəli Mustafa Karaşahin hər gün göndərdiyi 70 məktubla bələdiyyənin fəaliyyətini iflic edib. Teleqraf.com xəbər verir ki, bələdiyyə Karaşahinin məktublarını praktiki olaraq cavablandırmaq imkanı xaricində olub. Vətəndaşın sorğularını cavablandırmaq üçün bələdiyyəyə üç işçi lazım olub.

İki ildir gün ərzində bələdiyyəyə 70 məktub göndərən Karaşahin indi cavablandırılmayan hər məktubuna görə 250 avro təzminat istəyir. Məhkəmənin qərarına əsasən bələdiyyə vətəndaşa 500 min avro pul ödəməlidir.

M.Karaşahin bu vaxta qədər bələdiyyəyə 3 min 500 məktub göndərib. Şikayətlərə səbəb 2009-cu ildə bələdiyyənin onun haqqında kəsdiyi pul cəzası olub. M.Karaşahinin kirayə veridyi evlərdə yaşayan vətəndaşlar səs-küy salıb. Həmçinin evlər yanğına davamlı olmayıblar. Bələdiyyənin qərarını qanunsuz hesab edən vətəndaş cəzanı ödəməkdən imtina edib. Bu üzdən cəzanın faizi artaraq 300 min avroya yüksəlib. Cərimənin ödənilməsi üçün mənzillərinin satışa çıxarılmasına etiraz olaraq M.Karaşahin bələdiyyəni "məktub atəşi"nə tutub.

"Hürriyet" qəzetinə açıqlamasında Karaşahin “Onlar məni saymadı. İndi onları öz silahları ilə vururam” dedi.

118 min nəfərin yaşadığı bələdiyyə ərazisində quruma edilən müraciətlərin 70 faizi M.Karaşahinə aiddir. Bələdiyyə sözçüsü Mark Benjamin yerli mətbuata açıqlamasında bildirib ki, M.Karaşahinin məktublarında irəli sürdüyü tələblərin çoxu heç onun özünü maraqlandırmır: "Adi sorğulardır. Onlara cavab vermək o qədər də vacib deyil. Karaşahin göndərdiyi sorğularda bəzən "42 nömrəli binada kim yaşayır?", "Bu binada neçə nəfər qeydiyyatdadır?", "Hansı qaydalarla restoran açmaq olar?", "32 nömrəli binada yağında mühafizə yetərlidirmi" kimi formal suallar var".

Məhkəmə M.Karaşahinə xəbərdarlıq edib ki, gün ərzində ikidən artıq məktub yazmasın, əks təqdirdə o, həbs olunacaq. Ancaq türkiyəli şəxs həbsə düşməkdən qorxmur. Deyir ki, məhkəmədə məktub yazmaq üçün daha çox vaxtı olacaq. Bələdiyyə bu günə qədər cavablandırmadığı sorğulara görə, M.Karaşahinə 10 min avro ödəyib.

Vəkillər hesab edirlər ki, məhkəmənin M.Karaşahinlə bağlı çıxardığı "soğu limiti" qərarı qanunsuzdur: "Heç kəs vətəndaşın bələdiyyə ilə təmasına məhdudiyyət qoya bilməz".

Ayxan

QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.


Müəllif:

Oxşar xəbərlər